525.Az

İlanı tramvayda unutdu


 

İlanı tramvayda unutdu<b style="color:red"></b>

Rusiyanın Yekaterinburq şəhərində maraqlı hadisə baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir, zoomağazalardan birindən ilan alan gənc onu tramvayda itirib.

45 sm-lik ilanı donmasın deyə gödəkçəsinin cibində aparan kişi onun sürüşərək düşdüyünü hiss etməyib. Evə çatdıqda isə itkinin fərqinə varıb.

Qeyd edək ki, gənc bununla bağlı elan verib. O, ilanın zəhərli olmadığını və tapan şəxsdən qaytarmasını xahiş edib.

L.Tağıyeva

 





13.02.2026    çap et  çap et