Bu ilin iyununda İsveçrədə əhalinin sayının 10 milyon həddində saxlanılması məqsədilə referendum keçiriləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ideyanın müəllifi parlamentin aşağı palatasında çoxluğa sahib ultrasağçı İsveçrə Milli Partiyasıdır. Əgər referendumda istənilən nəticə olsa, o halda hökümət ölkə əhalisinin sayının 9,5 milyon həddini aşmaması üçün tədbirlər görəcək. Bu isə miqrantların və qaçqınların ölkədən çıxarılması hesabına və Avropa İttifaqı ölkələri ilə bəzi razılıqların pozulması hesabına mümkündür.
Hazırda İsveçrənin əhalisi 9 milyon civarındadır. Ölkədə yaşayanların 27 faizinin vətəndaşlığının olmadığını da qeyd etmək lazımdır.
Yeri gəlmişkən, ötən il keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 48 faizi sözügedən layihənin lehinə səs verəcəyini bildirib.
L.Tağıyeva
çap et