525.Az

Əmtəə bazarlarında neft cüzi ucuzlaşıb


 

Əmtəə bazarlarında neft cüzi ucuzlaşıb<b style="color:red"></b>

Qlobal əmtəə bazarlarında neftin qiymətində cüzi eniş müşahidə edilib.

525.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin mart fyuçersləri 0,08 dollar və ya 0,13% azalaraq 62,76 dollar/barel səviyyəsinə düşüb.

Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçersləri isə 0,05 dollar və ya 0,07% azalaraq 67,47 dollar/barel olub.

Analitiklər qiymətlərdəki bu cüzi azalmanı bazarlarda tələb gözləntiləri və qlobal iqtisadi risklərlə bağlı ehtiyatlı mövqenin güclənməsi ilə izah edirlər.

 





13.02.2026    çap et  çap et