525.Az

Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib


 

Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib<b style="color:red"></b>

Bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib.

525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 1800 şəxsə ilkin, 2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

 





13.02.2026    çap et  çap et