“Azərbaycanda Merlər Razılaşmasına maraq artır”.
525.az xəbər verir ki, bunu Merlər Razılaşması - Şərq Tərəfdaşlığı təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə bildirib.
O deyib ki, "Merlər Razılaşması çərçivəsində həyata keçirilən tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri biliklərlə təmin etməkdir.
"Azərbaycanda bu təşəbbüsə marağın artdığını müşahidə edirik. Bizim rolumuz bələdiyyələrın təşəbbüsə qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar vermələrı üçün aydın məlumat, praktiki alətlər və real nümunələr təqdim etməkdir".
K.Frerinqin sözlərinə görə, hazırda Azərbaycanda Merlər Razılaşması təşəbbüsünə qoşulmuş 11 bələdiyyə var və onlardan 7-si artıq fəaliyyət planı hazırlayıb ki, bu da olduqca yaxşı göstəricidir: "Paytaxt şəhərin hələ təşəbbüsə qoşulmaması səbəbindən əhatə olunan əhali faizi nisbətən aşağıdır, lakin bu, gələcəkdə dəyişə bilər.
Bu 11 şəhər üzrə planlaşdırılan tədbirlər nəticəsində 1,3 milyard ton CO₂ emissiyasının azaldılması nəzərdə tutulur. Bu rəqəmi daha aydın təsəvvür etmək üçün qeyd etmək olar ki, bu təsir 1,4 milyard ağacın əkilməsinə, 20 milyon avtomobilin istifadədən çıxarılmasına, 1 milyarddan çox lampanın dəyişdirilməsinə bərabərdir".
Təşəbbüsün komanda rəhbəri qeyd edib ki, qlobal olaraq iqlim sahəsində hədəflər Avropa İttifaqının strategiyasına uyğun olaraq 2030-cu ilə qədər emissiyaların 55%-dək azaldılmasına çatdırılıb: "2025-ci ildə biz həmçinin Aİ strategiyasına uyğun olaraq iqlim neytrallığı məqsədlərini qəbul etdik. Aİ üçün bu hədəf 2050-ci ilə qədər 80-95% azalmadır. Bu, çox iddialıdır. Amma biz dedik ki, 2050-ci ilə qədər 60 % azalmaya nail olmağı hədəfləyirik. Beləliklə, 2050-ci il çatana qədər birlikdə işləmək üçün hələ çox vaxtımız var".
Pərvanə Sultanova
çap et