525.Az

MR çərçivəsində Azərbaycanda yeni layihələr həyata keçiriləcək


 

MR çərçivəsində Azərbaycanda yeni layihələr həyata keçiriləcək<b style="color:red"></b>

"Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr reallaşdırılacaq".

525.az xəbər verir ki, bu barədə  "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə təşəbbüsün Yerli Dayanıqlı İnkişaf koordintoru Maksim Vereşçak bildirib.

O deyib ki, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: "Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirmək üçün onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur".

Maksim Veresçak qeyd edib ki, o layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçirilir.

Pərvanə Sultanova

 





13.02.2026    çap et  çap et