525.Az

Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib


 

Güləş üzrə Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşib<b style="color:red"></b>

Azərbaycanın yunan-Roma güləşi üzrə gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələrdən ibarət milli komandalarının məşqçilər heyətinin tərkibi yenidən formalaşıb.

525.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.

Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 yığmasının böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 millisində böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.

 





13.02.2026    çap et  çap et