525.Az

Ötən il Azərbaycan hərbçiləri 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak edib


 

Ötən il Azərbaycan hərbçiləri 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak edib<b style="color:red"></b>

Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak edib.

525.azxəbər verir ki, bu barədə bu gün 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirilib.

Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.

 





14.02.2026    çap et  çap et