525.Az

Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb


 

Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb<b style="color:red"></b>

Evlərdən oğurluq edən şəxs saxlanılıb.

525.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

 

 





14.02.2026    çap et  çap et