525.Az

Azərbaycanda ötən gün cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb


 

Azərbaycanda ötən gün cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb<b style="color:red"></b>

Azərbaycanda fevralın 13-də cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün, həmçinin narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 





14.02.2026    çap et  çap et