525.Az

İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır


 

İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır<b style="color:red"></b>

Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır.

525.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib: “Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir”.

 





14.02.2026    çap et  çap et