525.Az

Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub - 11 nəfər ölüb


 

Pakistanda sərnişin avtobusu yük maşını ilə toqquşub - <b style="color:red"> 11 nəfər ölüb</b>

Pakistanda ağır yol qəzası vaş verib.

525.az “Geo News”a istinadən xəbər verir ki, Pəncabdan Sind əyalətinin Kəraçi şəhərinə gedən sərnişin avtobusu beton tirləri daşıyan yük maşını ilə toqquşub.

Polisin bildirdiyinə görə, qəza nəticəsində 11 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Onlar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qeyd olunub ki, qəzaya avtobusun səhv hərəkət zolağına çıxması səbəb olub.

İbrahim Cəfərov

 





16.02.2026    çap et  çap et