525.Az

Ekvadorda tükürpədici tapıntı


 

Ekvadorda tükürpədici tapıntı<b style="color:red"></b>

Ekvadorun Quayas əyalətində dəniz sahilində 8 başsız bədən aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

İdarənin komandiri Marselo Kastilyo cəsədlərin kimə məxsus olduğunu aydınlaşdırmağa çalışdıqlarını bildirib. Böyük ehtimalla cinayət narkotik ticarəti ilə məşğul olan bandalardan biri tərəfindən törədilib. Meyitlərin yanında "Oğurluq qadağandır!" sözləri yazılmış bildiriş də tapılıb. 

Bənzər hadisə ötən ay da baş vermişdi. Belə ki,  Manabi əyalətindəki çimərliklərin birində bu dəfə bədənsiz 5 baş tapılmışdı. Kəllələrin yanındakı lövhədə yazılmış yazıdan belə aydın olmuşdu ki, onlar bandalardan birinin üzvləridir və yerli sakinləri təhdid ediblər.

Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il Ekvadorda hər 100 min insana 54 qətl düşüb. Başqa bir fakt: ölkə ərazisində 227 ton narkotik maddə müsadirə olunub.

L.Tağıyeva

 





16.02.2026    çap et  çap et