525.Az

Bıçaqla sərnişinlərə hücum etdi


 

Bıçaqla sərnişinlərə hücum etdi<b style="color:red"></b>

Almaniyada 19 yaşlı gənc ictimai nəqliyyatda 3 sərnişini yaralayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Vuppertal şəhərində baş verib.

Avtobusla karnavaldan qayıdan 2 qrup arasında mübahisə davaya çevrilib. Onlardan biri bıçaqla əvvəl türk əsilli 19 yaşlı gəncin qarın nayihəsinə zərbə endirib. Daha sonra 22 və 24 yaşlı digər 2 nəfəri bıçaqlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və lazımi qurumlarla məlumat verib. Hadisə yerinə gələn təcili tibbi yardım yaralıları xəstəxanaya çatdırılıb. Türk əsilli gəncin vəziyyəti ağırdır.

Qeyd edək ki, cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, az sonra ələ keçib. Onun istifadə etdiyi bıçaq bir qədər aralıda, kolluqda tapılıb.

L.Tağıyeva

 





16.02.2026    çap et  çap et