525.Az

Yanvarda 15 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub


 

Yanvarda 15 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub<b style="color:red"></b>

2026-cı ilin yanvar ayında 15 482 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

525.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 63%-ni kişilər, 37%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə 157,8 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bunun 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edib.

 





16.02.2026    çap et  çap et