525.Az

Süni intellekt Azərbaycan təhsilində inqilab edə bilər - Ekspert


 

Süni intellekt Azərbaycan təhsilində inqilab edə bilər - <b style="color:red">Ekspert</b>

“Süni İntellekt Azərbaycan təhsilində inqilab edə bilər, düzdür. Bu inqilabın mümkün olması üçün zəruri şərtlər var. Bunun üçün məktəblərin siniflərində, universitetlərin auditoriyalarında internətə bağlı müəllimin istifadəsi üçün kompüterlər olmalıdır”. 

Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Ekspert bildirib ki, şagirdlərin və tələbələrin şəxsi smartfonları və ya planşetləri ilə qoşula biləcəkləri WIFI şəbəkəsi olmalıdır:

“Müəllimlərin kompüteri fundamental səviyyədə bilməyi lazımdır. Bunlar Mikrosoft, Google alətləri, İnternet axtarış motorları, WEB 2.0 alətləri və çoxuna məlum olan müəllimlərin istifadə edə biləcəyi süni intellekt alətləridir. Bunlar olmadan süni intellekt ilə təhsildə transformasiya haqqında şeir yaza bilərik ancaq”.

Sevinc Qarayeva 
 

 





16.02.2026    çap et  çap et