525.Az

İntizam Komitəsi Azərbaycan Kubokunun oyununa çıxmayan komandaya texniki məğlubiyyət verib


 

İntizam Komitəsi Azərbaycan Kubokunun oyununa çıxmayan komandaya texniki məğlubiyyət verib<b style="color:red"></b>

"Yeni Suraxanı" futzal komandasına texniki məğlubiyyət verilib.

525.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.

Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.

 





16.02.2026    çap et  çap et