525.Az

"Bu keçid sadəcə metod dəyişikliyi deyil, təhsil fəlsəfəsinin transformasiyasıdır" - Ədalət Muradov


 

"Bu keçid sadəcə metod dəyişikliyi deyil, təhsil fəlsəfəsinin transformasiyasıdır" - <b style="color:red">Ədalət Muradov</b>

“Bu gündən Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC) yaz semestri başlayır. Aparılan pilot layihənin uğurlu nəticələrini nəzərə alaraq II semestrdən başlayaraq UNEC Dizayn Məktəbi tamamilə PBL (Project-Based Learning - Layihə Əsaslı Təhsil) modelinə keçir. Ənənəvi - müəllim mərkəzli, fənn əsaslı struktur, imtahan yönümlü qiymətləndirmə modeli öz yerini yeni - tələbə mərkəzli, layihə əsaslı struktur, portfel və prototip əsaslı qiymətləndirmə modelinə verir”. 

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, bu keçid sadəcə metod dəyişikliyi deyil, təhsil fəlsəfəsinin transformasiyasıdır:

“UNEC Dizayn Məktəbi artıq fənn öyrətmir, problem həll edən dizayner yetişdirir”.

Sevinc Qarayeva 
 

 





16.02.2026    çap et  çap et