Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan Dövlət Dillər Universitetinin tərcümə və beynəlxalq münasibətlər fakültələrinin sonuncu kurs tələbələri üçün ərəb dili üzrə təcrübə proqramının açılışı olub.
Bu barədə 525.az-a Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzindən məlumat verilib.
Açılış mərasimində Misirin Azərbaycandakı səfiri Houssam Eldine Reda iştirak edib.
Səfir tələbələri salamlayaraq onlara uğurlar arzu edib.
Xatırladaq ki, ərəb dili üzrə təcrübə proqramı 3 ay davam edəcək.
Pərvanə Sultanova

çap et