525.Az

AFFA rəsmisi "Qalatasaray" – "Yuventus" matçına təyinat alıb


 

AFFA rəsmisi "Qalatasaray" – "Yuventus" matçına təyinat alıb<b style="color:red"></b>

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

525.az quruma istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.

 





16.02.2026    çap et  çap et