525.Az

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur


 

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur<b style="color:red"></b>

Ağdam şəhərində aparılan bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam etdirilir. Layihəyə uyğun olaraq, yaşayış kompleksində 50 binanın inşası nəzərdə tutulur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunub. Bu yaşayış kompleksində 103 ailə olmaqla, 403 ailə yaşayır. Ağdam şəhərindəki digər yaşayış kompleksində də işlər davam edir.

5-ci yaşayış kompleksində isə 50 binanın inşası nəzərdə tutulur. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri-yaşayış binalarıdır. Bu yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Ümumilikdə isə 1074 mənzilin inşası planlaşdırılır.

F.Məmmədli qeyd edib ki, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması nəzərdə tutulur. 3-cü yaşayış kompleksi 13 məhəllədən ibarət olacaq.

Ağdam şəhərində digər yeniliklərdən də danışan Fidan Məmmədli deyib: “Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Məscidin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən inşa ediləcək və tikintiyə yaxın vaxtlarda başlanılacaq. Eyni zamanda, Ağdam şəhərində çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur”.

 





16.02.2026    çap et  çap et