Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fransa prezidenti Emmanuel Makronu müdafiə xərclərini kifayət qədər tez artırmadığına görə tənqid edib.
525.az xəbər verir ki, bu barədə XİN başçısı Deutschlandfunk radiosuna müsahibəsində bildirib.
"Biz nəzakətlə, lakin aydın şəkildə Avropa tərəfdaşlarımıza nə barədə razılaşdığımızı çatdırmalıyıq, bu, 5 faizlik (müdafiə xərclərinin ÜDM-ə nisbəti) milli töhfə ilə bağlı bir vəd idi. Fransa prezidentinin yeni çıxışını səbirsizliklə gözləyirik, burada o, strateji məsələlərə də toxunacaq.
O, Avropanın suverenliyinə olan istəklərimiz barədə həmişə doğru fikirlər səsləndirir. Kim bunu deyirsə, öz ölkəsində bunun üzərində işləməlidir. Təəssüf ki, Fransada bu vədi yerinə yetirmək üçün səylər hələ də yetərli deyil", - nazir söyləyib.
Vadeful, Makronun müdafiəni maliyyələşdirmək üçün Aİ-nin ortaq borc mexanizminin yaradılması təklifini tənqid edib. Əlavə edib ki, Berlin bu təklifə qarşı çıxır.
Alman nazirinin sözlərinə görə, Fransa, sosial siyasətdə sərt tədbirlər də daxil olmaqla, investisiyaları artırmağın yollarını tapmalıdır. "Bu gün ABŞ-dan müstəqillikdən danışan hər kəs öz tapşırığını yerinə yetirməlidir. Avropanın isə görüləsi çox işi var".
Pərvanə Sultanova
çap et