525.Az

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib, saxlanılan var


 

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib, saxlanılan var<b style="color:red"></b>

Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

525.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğunun məlumatında deyilir. İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

 





16.02.2026    çap et  çap et