525.Az

Nə BMT, nə də Avropa Ukraynadakı münaqişəni həll edə bilib” -  Rubio


 

Nə BMT, nə də Avropa Ukraynadakı münaqişəni həll edə bilib” - <b style="color:red"> Rubio</b>

“Nə BMT, nə də Avropa ölkələri Ukraynadakı münaqişənin həllinə yaxınlaşa biliblər”.

525.az xəbər verir ki, bunu  ABŞ Dövlət katibi Marko Rubio bildirib.

"Sadəcə deyim ki, bu müharibəyə son qoymaq ABŞ-ın maraqlarına uyğundur və biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Görünür ki, biz dünyada hər iki tərəfi danışıqlar masasına gətirməyi bacaran yeganə ölkəyik. BMT bunu bacarmadı. Avropada heç bir ölkə bunu edə bilməyib", - Amerika diplomatiyasının rəhbəri Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında qeyd edib.

Rubio söyləyib ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna münaqişəsinin tərəfləri arasında dialoq bərpa olunub: 

"Uzun illərdən sonra ilk dəfə olaraq texniki səviyyədə danışıqlar aparırıq; hər iki tərəfin hərbi nümayəndələri Yaxın Şərqdə görüşüblər, danışıqları bu həftənin sonunda Cenevrədə davam etdirəcəyik".

Pərvanə Sultanova

 





16.02.2026    çap et  çap et