Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətində terror aktı törədilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bannu bölgəsində motosikletə quraşdırılmış partlayıcı polis məntəqəsi yaxınlığında işə düşüb.
İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb, çoxlu sayda insan yaralanıb, həmçinin yaxınlıqdakı mağazalara ziyan dəyib.
Pakistanın “Samaa TV” xəbər agentliyi 16 nəfərin yaralandığını açıqlayıb.
Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
İbrahim Cəfərov
çap et