525.Az

Bu ölkə tarixində ən böyük narkotik partiyası müsadirə edildi


 

Bu ölkə tarixində ən böyük narkotik partiyası müsadirə edildi<b style="color:red"></b>

Salvador hərbi donanmasının hərbçiləri Sakit okeanda gəmilərdən birində yoxlanış aparıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti  Nayib Bukele sosial şəbəkə hesabında paylaşım edib.

Prezidentin yazdığına görə, sahildən 704 km aralıda Tanzaniya bayrağı altında üzən gəmidə 6,6 ton kokain aşkarlanıb. Bu, ölkə tarixində müsadirə olunan ən böyük narkotik partiyasıdır.

Əməliyyat zamanı 4 Kolumbiya, 3 Nikaraqua, 2 Panama və 1 Ekvador vətəndaşı saxlanılıb. 

Qeyd edək ki, ilkin hesablamara görə, tapılan narkotikin qara bazarda dəyəri 165 milyon dollardır.

L.Tağıyeva

 





17.02.2026    çap et  çap et