525.Az

Madaqaskarda güclü qasırğa -  azı 59 nəfər həlak oldu


 

Madaqaskarda güclü qasırğa - <b style="color:red"> azı 59 nəfər həlak oldu</b>

Ötən həftə Madaqaskarda tüğyan edən "Gezani" qasırğası azı 59 nəfərin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünən ada-dövlətin Risklər və Təbii fəlakətlər üzrə Milli Bürosu məlumat yayıb. 

Məlumatda həmçinin, 15 nəfərin itkin düşdüyü bildirilir. Bundan başqa 804 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanalara yerləşdirilib. 

Ümumilikdə qasırğa 424 min insana ziyan vurub. 16248 sakin isə tamamilə evsiz-eşiksiz qalıb.

Qeyd edək ki, "Gezani" orta hesabla 185 km/saat sürətlə adaya "hücum edib". Bəzi hallarda küləyin sürəti 230 km/saata qalxıb ki, bu da dəmir konstruksiyaları aşırmağa, iri ağacları kökündən çıxarmağa qadirdir.

L.Tağıyeva

 





17.02.2026    çap et  çap et