525.Az

Sudanda bazara dron hücumu - 28 ölü


 

Sudanda bazara dron hücumu - <b style="color:red"> 28 ölü</b>

Kordofan əyalətində bazarların birinə dron hücumu nəticəsində azı 28 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dünən ölkədə fəaliyyət göstərən "Emergency Lawyers" insan haqları təşkilatı məlumat yayıb.

Hadisə bazar günü qeyri-qanuni hərbi birləşmələrin nəzarəti altında olan "Əl-Safiya" bazarında baş verib. Onlarla insan yaralanıb. Onların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər. Təşkilat məlumatında dronun kim tərəfindən atıldığını göstərmir.

Qeyd edək ki, qeyri-qanuni hərbi birləşmələrin nəzarəti altında olan bölgələrdə bu cür hallar tez-tez baş verir. Bu da on minlərlə insanın ölümünə və humanitar krizisin yaranmasına gətirib çıxarıb.

L.Tağıyeva

 





17.02.2026    çap et  çap et