525.Az

"Bitcoin" ucuzlaşmaqda davam edib


 

"Bitcoin" ucuzlaşmaqda davam edib<b style="color:red"></b>

Kriptovalyuta bazarında son sutka ərzində "Bitcoin"də nisbi ucuzlaşma müşahidə edilsə də, digər aktivlərin dəyəri artıb.

525.az "CoinmarketCap" platformasına istinadən xəbər verir ki, Bitcoin bir gün ərzində 0,61% geriləyərək 68 395 dollar səviyyəsinə enib.

Ethereum isə əksinə, müsbət dinamika nümayiş etdirərək 0,94% artımla 1 988 dollara yüksəlib.

Bazarda bəzi altkoinlər də artım göstərib. Belə ki, XRP 1,20% bahalaşaraq 1,48 dollara çatıb, BNB isə 1,61% yüksələrək 626 dollar olub. Solana da artım trendini davam etdirərək 86,39 dollar səviyyəsinə qədər qalxıb.

 





17.02.2026    çap et  çap et