525.Az

AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı


 

AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı<b style="color:red"></b>

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

 





17.02.2026    çap et  çap et