Fələstin Dövlətinin Bakıdakı səfiri Dr. Ahmed Metani Azərbaycan xalqını müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib.
Bu barədə 525.az səfirliyə istinadən xəbər verir.
“Müqəddəs Ramazan ayının gəlişi münasibətilə Fələstin Dövlətinin səfiri Dr. Ahmed Metani və səfirliyinin əməkdaşları Fələstin xalqına, dost Azərbaycan xalqına, Azərbaycandakı və dünyanın hər yerindəki müsəlmanlara ən səmimi təbriklərini və ən xoş arzularını çatdırır.
Uca Tanrıdan bu mübarək ayı sizə, xalqlarımıza və millətimizə xeyirxahlıq, firavanlıq və bərəkətli etməsini və bu ayı həmrəylik, qarşılıqlı dəstək və insan qardaşlığı dəyərlərinin yeniləndiyi mərhəmət, bağışlanma və əmin-amanlıq ayı etməsini dua edir və arzulayırıq.
Ramazan ayınız mübarək, hər iliniz xeyirli olsun”, - təbrikdə deyilir.
Pərvanə Sultanova

çap et