525.Az

Aİ-nin genişlənmə üzrə komissarı Ermənistana səfər edəcək


 

Aİ-nin genişlənmə üzrə komissarı Ermənistana səfər edəcək<b style="color:red"></b>

“Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ermənistana səfər edəcək”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanla Avropa Komissiyasının genişlənmə və Şərq Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanın görüşündə bildirilib.

Görüşdə Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub, xüsusilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin tam şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin regional nəqliyyat infrastrukturunun inkişaf proqramları barədə fikir mübadiləsi aparılıb.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun səfəri və Ermənistan-Aİ zirvə görüşündən əvvəl tərəflər Ermənistan-Aİ əməkdaşlığı üçün potensial yeni təşəbbüslərin müəyyən edilməsi üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova

 





17.02.2026    çap et  çap et