525.Az
Rəsul Cəfərovun məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə R. Cəfərov çıxış edərək özünü təqsirli bilmədiyini deyib. Daha sonra zərərçəkmiş şəxs qismində Anar Nağılbaz (Cəbiyev) ifadə verib. O, özünü zərərçəkmiş hesab etmədiyini, sadəcə, Rəsul Cəfərovla bir layihədə iştirak etdiyini deyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.
10.02.2015
çap et