525.Az

Hokkey oyunu zamanı atışma


 

Hokkey oyunu zamanı atışma<b style="color:red"></b>

Rod-Aylend ştatında, Pautaket şəhərindəki Dennis M.Linç adına arenada keçirilən hokkey matçında atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə yaşanıb.

Yerli polis idarəsinin rəisi Tina Qonsalvesin dünən verdiyi açıqlamaya görə, 1969-cu il təvəllüdlü Robert Draqon adlı şəxs münaqişə zəminində 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıb. Daha sonra isə intihar edib.

Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları da gəliblər, araşdırma aparılır.

Qeyd edək ki, məktəblilər arasında keçirilən oyun zamanı baş verən atışmada uşaqlar və valideynlər zərər görməyiblər.

L.Tağıyeva

 





18.02.2026    çap et  çap et