525.Az

Toydan qayıdanları daşıyan qayıq batıb - 14 nəfər ölüb


 

Toydan qayıdanları daşıyan qayıq batıb - <b style="color:red"> 14 nəfər ölüb</b>

Nigeriyanın Kebbi əyalətində toydan qayıdan insanları daşıyan qayıq çayda batıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 nəfəri daşıyan qayıqda qəza nəticəsində bir uşaq və 13 qadın ölüb, onlarla insan itkin düşüb.

Səlahiyyətlilər bölgədə xilasetmə əməliyyatlarının davam etdiyini və ölənlərin sayının arta biləcəyindən narahatlıqlarını bildiriblər.

İbrahim Cəfərov

 





18.02.2026    çap et  çap et