ABŞ Yaxın Şərqə 18 ədəd 5-ci nəsil "F-35A Lightning II" qırıcısı göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələr təyinat nöqtəsinə Böyük Britaniyadakı "Leykenhit" hərbi aerodromundan yola salınıb.
Onları "KC-135 Stratotanker" yanacaq daşıyan təyyarəsi müşayiət edib. Bu, ABŞ tarixində eyni anda ən çox qırıcının bir yerdən digər yerə "köçüdür".
Qeyd edək ki, fevralın 2-də daha 6 "F-35A Lightning II" Yaxın Şərqə göndərilmişdi.
L.Tağıyeva
çap et