525.Az

Fransada daşqınlar, minlərlə hektar ərazi su altında qaldı


 

Fransada daşqınlar, minlərlə hektar ərazi su altında qaldı<b style="color:red"></b>

Fransanın cənub-şərqində yağan leysan yağışlar ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 110 hektar ərazinin su altında qalmasına səbəb olub.

Men-i-Luara, Jironda və Lo-i-Qaronna departamentlərində qırmızı, daha 14 departamentdə narıncı təhlükə səviyyəsi elan edilib.

Bir neçə yaşayış məntəqəsini su basıb, əhali küçələrdə qayıqlarla hərəkət etmək məcburiyyətində qalıb. Əkin sahələri, hətta bəzi evlər tamamilə su altında qalıb. 1500 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.

İlkin hesablamalara görə, dəymiş ziyan 3 milyard avro civarındadır.

L.Tağıyeva

 





18.02.2026    çap et  çap et