525.Az

Tərtər kəndlərinin əkin sahələrinin suvarılmasındakı çatışmazlıqlar aradan qaldırılır


 

Tərtər kəndlərinin əkin sahələrinin suvarılmasındakı çatışmazlıqlar<b style="color:red"> aradan qaldırılır</b>

Rayon əkinçilərinin yazqabağı qayğılarına həssaslıq nümayiş etdirilərək, yerli idarəetmə qurumları tərəfindən xüsusən suvarma xətlərinin sazlanması yönündə bir sıra zəruri tədbirlər həyata keçirilir.

Elə rayon rəhbərliyi tərəfində kəndlərdə keçirilən görüşlərdə sakinləri narahat edən başlıca məslələrdən birinin də suvarma ilə bağlı olduğu, xüsusən  Köçərli və Zolgəran kəndlərində əkin sahələrinin su təchizatında əhəmiyyətli rol oynayan arx sistemlərinin təmizlənməsinin vacibliyi müəyyənləşdirilib.

Problemin həlli üzrə, rayon icra hakimiyyətinin göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən xüsusi texnika vasitəsilə sözügedən kəndlərdə arxların köklü şəkildə lil və çöküntülərdən təmizlənməsi həyata keçirilib.

Yerli idarəetmə qurumlarından suvarma, həmçinin digər yaz-tarla və əkin işləri ilə bağlı bütün zəruri tədbirlərin diqqətdə saxlanıldığı bildirilib.

Zaklir Muradov, Tərtər

 





18.02.2026    çap et  çap et