525.Az

"Bu, qiymətlərin aşağı düşməsini məhdudlaşdırır" - İqtisadçı


 

"Bu, qiymətlərin aşağı düşməsini məhdudlaşdırır" - <b style="color:red">İqtisadçı</b>

“Ölkəyə iribuynuzlu heyvan idxalı artıb. Daxili bazarda ət təklifini genişləndirən amil kimi qiymətləndirilə bilər. Bu, xüsusən də yerli istehsalın tələbi tam ödəmədiyi dövrlərdə bazarda müəyyən rahatlıq yarada bilər”.

Bunu iqtisadçı-ekspert Akif Nəsirli bunu 525.az-a deyib.

Onun sözlərinə görə, idxal olunan heyvanların sayı çox böyük olmadığı üçün qısa müddətdə ət qiymətlərində ciddi ucuzlaşma olmayacaq:

"Üstəlik, idxal xərcləri, yem qiymətləri, logistika və saxlanma kimi amillər son məhsulun maya dəyərinə təsir edir və bu da qiymətlərin aşağı düşməsini məhdudlaşdırır".

Sevinc Qarayeva 

 





18.02.2026    çap et  çap et