525.Az

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 2 dəfədən çox artıb


 

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 2 dəfədən çox artıb<b style="color:red"></b>

2026-cı ilin yanvar ayında ölkədən 1447,05 ton pambıq ipliyi ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

525.az-a Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən pambıq ipliyinin dəyəri 2,4 dəfə artaraq 3 milyon 127,4 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 316,39 min dollar dəyərində yəni, 525,37 ton pambıq ipliyi ixrac edilib.

 

 





18.02.2026    çap et  çap et