“Rusiya daim bütün kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edib”.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O deyib ki, Ermənistan Dəmir Yolu 20 ildən çoxdur ki, Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir. Bu müddət ərzində Rusiya şirkəti müqavilənin bütün şərtlərini ardıcıl olaraq yerinə yetirib:
"Bəlkə də bu, İrəvanda unudulub. Rusiya infrastruktura əhəmiyyətli dərəcədə sərmayə qoyub, çox sayda iş yeri yaradıb, fikrimcə, Ermənistanda bu məsələ ilə bağlı danışmaq istəyənlər bunu da nəzərə almalıdırlar. Rusiya operatoru respublikanı rəqabət üstünlüklərindən məhrum etməyən, əksinə, onları yaradan bir strukturdur".
Zaxarova əlavə edib ki, Ermənistandan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpası ilə bağlı Rusiyanın mövqeyi əvvəllər Baş nazirin müavini Aleksey Overçuk tərəfindən səsləndirilib.
Pərvanə Sultanova
çap et