525.Az

Azərbaycanla Ukrayna mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib


 

Azərbaycanla Ukrayna mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev ilə görüş keçirib.

525.az-a bu barədə  ANAMA-dan bildirilib.

Görüşdə hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Anlaşma Memorandumunun icrası məsələləri müzakirə edilib.

 





18.02.2026    çap et  çap et