525.Az

"Muğam dünyamız"a Sevinc Sarıyeva ilə səyahət


 

"Muğam dünyamız"a Sevinc Sarıyeva ilə səyahət <b style="color:red"></b>

"Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində "Muğam dünyamız" adlı geniş konsert proqramı ilə çıxış edəcəyəm. Bu, üçüncü solo konsertim olacaq. İndi konsertə çox ciddi hazırlaşıram".

Bu sözləri AzərTAc-a açıqlamasında istedadlı muğam ifaçısı Sevinc Sarıyeva deyib. Xanəndə bildirib ki, konsertdə dinləyicilərə "Şur" dəstgahı, təsnif və xalq mahnılarını təqdim edəcək.

Bakıda keçiriləcək "Muğam aləmi" IV Beynəlxalq muğam festivalı çərçivəsində "Şüştər" muğamını səsləndirəcəyini söyləyən ifaçı deyib ki, bu zil muğam olduğundan ona ifaçılar az müraciət edir: "Buna baxmayaraq, inanıram ki, yeddi əsas muğamlarımızdan biri olan "Şüştər"i dinləyicilərə sevdirməyi bacaracam".

Sevinc Sarıyeva qarşıdakı aylarda Xan Şuşinski Fondunun dəstəyi ilə Amerikaya səfərinin nəzərdə tutulduğunu da açıqlayıb.

 





10.02.2015    çap et  çap et