525.Az

Duman günün ikinci yarısına kimi davam edəcək


 

Duman günün ikinci yarısına kimi davam edəcək<b style="color:red"></b>

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

 





19.02.2026    çap et  çap et