525.Az

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb


 

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,03 ABŞ dollar və ya 2,95% artaraq 70,95 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,92 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 





19.02.2026    çap et  çap et