525.Az

Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisi olmayacaq olmayacaq


 

Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisi olmayacaq <b style="color:red">olmayacaq</b>

Bu gün Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, fevralın 19-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





19.02.2026    çap et  çap et