525.Az

Azərbaycan millisi Rusiyaya qarşı


 

Azərbaycan millisi Rusiyaya qarşı<b style="color:red"></b>

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxacaq.

525.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:50-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

 





19.02.2026    çap et  çap et