525.Az

“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb


 

“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb<b style="color:red"></b>

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 525.az-a bildirilib ki, ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib.

Rayon/şəhər mərhələsindən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

 





19.02.2026    çap et  çap et