525.Az

Bundestaq təxliyə edildi


 

Bundestaq təxliyə edildi<b style="color:red"></b>

Bu gün səhər Almaniyada Bundestaqın binasında fors-major hal yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qaz sızması ehtimalına görə insanlar təxliyə edilib.

Hadisə yerinə 100 civarında yanğınsöndürən, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Mühafizə xidmətindən verilən məlumata görə, qaz detektoru həyəcan siqnalı verib və bu üzdən təhlükəsizlik məqsədilə insanlar binadan çıxarılıblar.

Qeyd edək ki, yoxlanışdan sonra xəbərdarlığın yalan olduğu üzə çıxıb və Bundestaq adi iş rejiminə qayıdıb.

L.Tağıyeva

 





19.02.2026    çap et  çap et