525.Az

Cənubi Koreyanın keçmiş prezidentinə ömürlük həbs  ömürlük həbs 


 

Cənubi Koreyanın keçmiş prezidentinə ömürlük həbs <b style="color:red"> ömürlük həbs </b>

Hakimiyyəti qanunsuz ələ keçirməkdə ittiham olunan Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yola bu gün Seul məhkəməsində hökm oxunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezidentin günahı sübuta yetirilərək ona ömürlük həbs cəzası verilib.

Yolun tərəfdaşları da ağır cəza alıblar. Onun hakimiyyətdə olduğu dövrdə baş nazir olmuş Kim Yon Hyon 18, Milli Polis Agentliyinin rəhbəri Ço Çji Ho 10, Seul polisinin rəisi Kim Bon Tsik 10 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı eks-prezidentə ən ağır - güllələnmə cəzasının verilməsini tələb etsə də, hakim bir qədər yumşaq qərar verib.

L.Tağıyeva

 





19.02.2026    çap et  çap et